Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yurdun sinəsində ürəkmiş- Şuşa “ adlı  şeir gecəsi keçirilib

18.07.2022

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 18.07.2022-ci il tarixində Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan olunması haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə əlaqədar olaraq  “Yurdun sinəsində ürəkmiş- Şuşa “ adlı  şeir gecəsi keçirdi. 

Tədbirdə Vətən müharibəsi şəhidlərinin  xatirələri bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi Şuşa haqqında yazılmış kitablar haqqında geniş məlumat verdi. Göy-göl rayon  8 mart adına orta məktəbin  Azərbaycan dili-ədəbiyyat müəlliməsi Validə Hüseynova  İlyas Əfəndiyevin “Xan qızı Xurşidbanu Nətavan” əsəri haqqında, iştirakçılardan Zeynəb Əliyeva hal-hazırda Şuşa şəhərində mədəni-maarif ocaqlarının, muzeylərin, kitabxanaların, məktəblərin, tibb ocaqlarının, tarixi abidələin  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən qurulmasından , bərpasından danışdı.  Iştirakçılardan Zarema Hüseynova, Mehri, Nuran, Nuray Qəşəmlilər, Nuray Məmmədova, Brilyant Əliyeva, Aynurə Musayeva, Şuşa haqqında təqdimatlar, şeirlərlə çıxışlar etdilər.

 

94.1 KB